Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Strateq.az xəbər verir ki, o, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.
Ərdoğan, eyni zamanda, təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, səfər oktyabrın 15-də başa çatacaq.