XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 13:46

“Barış bulağı” əməliyyatı Bakıda Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər” –Nazir müavini

“Türkiyənin Suriyada keçirdiyi “Barış bulağı” əməliyyatı sabah Bakıda dövlət başçılarının iştirakı ilə keçirilən Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”.

Bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Nazir müavini bildirib ki, bu məsələ bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb.

R.Həsənov xatırladıb ki, Azərbaycan Türkiyənin Suriyada “Barış bulağı” ilə bağlı mövqeyini bəyan edib. (Report)