XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 14:26

“Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır” –Nazir

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) apardığı yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır”. 

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, DƏMX tərəfindən əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır: “Səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir”.

Qeyd edək ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir. (Report)