XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2019 - 17:49

“Azərbaycanla Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur” –Gürcü nazir

“Mən inanıram ki, Azərbaycanla Gürcüstan arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.

Bunu Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Keşikçidağ məsələsi iki ölkə arasında müzakirələr və dialoq yolu ilə, yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacaq.

“Hazırkı format çox effektiv və məhsuldardır. Bizim müvafiq komissiyamız var və bütün məsələlər bu komissiya çərçivəsində müzakirə edilir. Məsələ çox mürəkkəbdir. Ona görə də yekun qərar illərdir ki, qəbul edilə bilməyib. Amma hazırda işlər çox intensiv şəkildə aparılır və tezliklə razılıq əldə ediləcək ”, – deyə K. Tsxelaşvili qeyd edib. (apa)