XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2019 - 18:01

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endryu Şafer, Amerika Birləşmiş Ştatları) regiona gəliblər.

“İnterfaks” xəbər verir ki, bunu brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.

“Regional səfərə gəlmiş ATƏT-in Minsk qrupunun vasitəçiləri bu gün və sabah Ermənistanda olacaqlar”, – deyə A.Naqdalyan bildirib.

Qeyd edək ki, bölgəyə səfər çərçivəsində vasitəçilər Bakıya da gələcəklər. (Report)