XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 05:31

Kiçik bankların bağlanması nələr vəd edir? -[color=red] Ekspertdən izahat

"Kiçik bankların sıradan çıxması bank sistemində təmərküzləşməyə gətirib çıxaracaq".

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında deyib ki, yaxın gələcəkdə onların sayı təxminən 10-15 arası olacaq:

“Kiçik bankların sıradan çıxması bank sistemində təmərküzləşməyə gətirib çıxaracaq. Bu, o deməkdir ki, Azərbaycanda bir neçə böyük bank yaranacaq və onların sayının yaxın gələcəkdə təxminən 10-15 arası olması gözlənilir. Kiçik bankların bağlanması nəticəsində böyük banklar bazarda daha aktiv fəaliyyət göstərə biləcəklər. Burada bir təhlükəli məqam var. Belə ki, bankların sayı azalacağı təqdirdə, böyük banklar bazarda dominant rol oynayıb sövdələşməyə getməklə kredit və depozit faizlərini öz aralarında müəyyənləşdirə bilərlər. Bu isə özlüyündə rəqabətli mühitə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, Mərkəzi Bank və hökumət sözügedən şəraitin yaranmaması üçün bu yöndə müəyyən addımlar atmalıdır. Ancaq gələcəkdə iri bankların olması kredit portfellərinin ödənməsi və vəsaitlərin çoxalması deməkdir ki, bu da bank sisteminin daha dayanıqlı olmasına gətirib çıxaracaq. Bu dönəmi çox peşəkar səviyyədə idarə etmək lazımdır. Mərkəzi Bank yaranan panikanın qarşısını almalı və insanlar tez-tez məlumatlandırılmalıdır ki, cəmiyyətdə bank sektoruna güvən yaransın”.

Qeyd edək ki, “Bank of Azerbaijan”, “Gəncəbank”, “United Credit Bank”, NBC Bank, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”, “Texnikabank”-ın lisenziyaları ləğv olunub.

“AGBank” və “DəmirBank” isə birləşdirilib.