XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 06:15

Neft qiymətləri yenə[color=red] üzüaşağı gedir

Neft qiymətləri, ABŞ-da neftbazalarda ehtiyatların artdığının açıqlanması və bunun nəticəsində qlobal təklif bolluğunun daha da artıracağı xofu ilə 30 dollardan aşağı düşüb.

Amerika Neft İnstitutunun məlumatlarına görə, neft ehtiyatları ötən həftə 3.8 milyon barrel artıb.

Çərşənbə günü açıqlanacaq rəsmi məlumatın, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, onsuz da rekord səviyyədə olan neft ehtiyatlarının daha da artdığını göstərməsi gözlənilir. Exxon Mobil Corp, neft qiymətlərindəki azalmanın təsiri ilə, qazma büdcəsini 10 ilin ən aşağı səviyyəsinə salıb.

Neft bu il, ABŞ-ın neft ehtiyatlarındakı artım və beynəlxalq sanksiyaların ləğv edilməsinin ardından İranın yeni bazarlara qayıtmasının gözlənilməsinin təsiri ilə 20% aşağı düşüb.

Chevron Corporation-un kredit reytinqi Standard & Poor's (S&P) tərəfindən təxminən 30 ildir ilk dəfə endirilib və Royal Dutch Shell Plc-nin kredit reytinqi, S&P-nin şirkətə qiymət verməyə başladığı 1990-dan bu yana ən aşağı səviyyəyə endirilib.

Analitiklər bildirirlər ki, bazarda həddindən artıq təklif var, tələb isə artmır. Buna görə, qiymətlər təzyiq altında qalmaqda və Mart ayının sonuna qədər 30 dollar ətrafında dalğalanmada davam edəcəkdir.

Qərbi Texas nefti (WTI), Nymex bazarında 29.40, Brent nefti isə London mərkəzli ICE Futures Europe bazarında 32.30 dollara qədər enib.

Marja.az