Bu gün Avropa çempionatının seçmə mərhələsində 7 görüş keçirilib.
Strateq.az xəbər verir ki, günün ən maraqlı oyunu H qrupunda eyni xala malik Türkiyə ilə Fransa arasında baş tutub.
Oyunun 76-cə dəqiqəsində Jirunun vurdiuğu qola 6 dəqiqə sonra Kaan Ayhan cavab verib.
Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb.
Digər oyunlar isə aşağıdakı hesabla bitib:
A qrupu
Kosovo – Monteneqro 2:0
Qol: Rahmani, 10. Muriqi, 34.
Bolqarıstan – İngiltərə 0:6
Qol: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.
B qrupu
Ukrayna – Portuqaliya 2:1
Qol: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.
Litva – Serbiya 1:2
Qol: Kazlauskas, 79 – Mitroviç, 49; 53.
H qrupu
Moldova – Albaniya 0:4
Qol: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.
İslandiya – Andorra 2:0
Qol: Siqurdsson, 38. Siqtorsson, 65.
Fransa – Türkiyə 1:1
Qol: Jiru, 76 – K.Ayhan, 82.