XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 06:36

“Azərbaycan qazı Avropanı qızdıracaq” – [color=red]Yunan nazirdən açıqlama

"Afina və Bakı Azərbaycan qazını Yunanıstan, Qərbi Avropa və İtaliyaya çatdırmalı olan ən böyük birgə layihələrdən birini – Transadriatik qaz kəmərinin (TAP) tikintisini başa çatdırmaq üzrədir".

Strateq.az report.az-a istinadən bildirir ki, bunu Bakıya səfərindən sonra Afinada jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bildirib.

"Biz onun ən mühüm məqamlarını başa vurmuşuq və ümid edirik ki, iki il ərzində onu işə sala biləcəyik və Azərbaycan qazı Avropanı qızdıracaq. Biz bu layihənin bütün detallarını və bütün xırdalıqlarını müzakirə etdik", – deyə, nazir qeyd edib.