XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 12:33

Həmsədrlər Paşinyanla görüşdü –Yerevanda

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 15-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

“Sputnik Armeniya”ya xəbər verir ki, görüşdə tərəflər münaqişənin həllinin və qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Diplomatlar Yerevandan sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələcəklər.

Vasitəçilər daha sonra Bakıya yola düşəcəklər/Report.