XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 14:13

Ərdoğan Bakıda Dədə Qorqudun sözünü təkrarladı:“Yaxşı dost çətin gündə çağırılmayanda gələndir"

“”Barış pınarı” əməliyyatının hədəfi PKK/YPG-PYD-nin aradan qaldırılması, 3,6 milyon suriyalı qaçqının evlərinə dönməsidir. Bu gün hərəkatın 7-ci günüdür. Suriyada min km ərazini terroçudan təmizləmişik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.

O bildirib ki, Türkiyə ilkin mərhələdə bir milyon, sonra isə öz istəklərinə uyğun iki milyon suriyalının evlərinə dönməsini təmin edəcək: “Terrora qarşı mübarizəmizi dəstəkləyən liderlərə təşəkkür edirik. Dədə Qorqud demiş: “Yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə çağırılmayanda gələndir”.

Report