Türkiyə Ordusu bu gün “Barış Pınarı” əməliyyatı çərçivəsində növbəti şəhidini verib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, YPG/PYD terror qruplaşması bu gün Türkiyə ordusunun mövqelərini raket atəşinə tutub.
Nəticədə Türkiyənin bir əsgəri şəhid olub, 8-i yaralanıb.
Yaralılar Türkiyədəki dövlət xəstəxanasına çatdırılıb.
Məlumatda o da deyilir ki, cavab zərbəsi ilə 15 terrorçu məhv edilib.