“İŞİD terror təşkilatını təkmilləşdirən, maddi cəhətdən dəstəkləyən, faktiki olaraq idarə edən dövlətlər bu gün qarşımıza ən böyük İŞİD düşməni kimi çıxırlar”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara toxunan Ərdoğan Ərəb Dövlətləri Liqasını növbəti dəfə tənqid edib.
“Ərəb Dövlətləri Liqası indiyə kimi nə qədər suriyalı qaçqını qəbul edib? Suriyanı təşkilatdan çıxartdılar, indi də Türkiyəyə həqarət etmək üçün Suriyanı Ərəb Dövlətləri Liqasına geri qaytarmaq barədə layihə hazırlayırlar”, – deyə Türkiyə Prezidenti vurğulayıb. /APA