XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2019 - 10:57

“Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etmələrində hər hansı əngəl yoxdur” –Elmar Məmmədyarov

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına aydınlıq gətirib. 

Azərbaycan XİN başçısı “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etmələrində hər hansı bir əngəl yoxdur.

Nazirin sözlərinə görə, lakin onlar səfər etmədən əvvəl Azərbaycanın Rusiyadakı səfirliyini bu haqda məlumatlandırmalıdırlar.

E. Məmmədyarov qeyd edib ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı emosionallıq nəzərə alınmalıdır.

“Biz həmişə Rusiya tərəfi ilə bu məsələ barədə kifayət qədər açıq danışırıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Kristina Qevorkyan “Facebook”da yeni il bayramını keçirmək üçün Bakıya gəldiyini, hava limanında bir neçə saat gözlədildiyini və daha sonra Azərbaycana buraxılmadığını bildirib. /APA