XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 13:00

“Onun başı gedəcək” – [color=red]Kadırov İnquşetiya rəhbərliyini və sələfiləri təhdid etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda çoxminlik mitinq zamanı sələfiləri hədələyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov qonşu İnquşetiya Respublikasında fəaliyyət göstərən İsa Çeçoyev və Həmzər Çumakovu “sələfi şeytanları” adlandırıb: “İsa Çeçoyev böyük şeytandır. Əgər o, cəsarət tapıb, Çeçenistanda moizə deyərsə, birinici dəfə bunu bağışlayarıq, amma ikinci dəfə belə edərsə, onun başı gedəcək”.

Kadırov Çeçoyev və Çumakovun dini fəaliyyətinin qadağan olunması üçün İnquşetiya rəhbərliyinə müraciət edib. Çeçen lider əks halda özünün bu məsələyə müdaxilə edəcəyini deyib. O, həmçinin Dağıstan rəhbərliyindən də sələfilərə qarşı təqibləri gücləndirməyi tələb edib: “Sələfilik və vəhhabilik bizdə olmayacaq. Onlar şeytana qulluq edir”.