XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 13:34

“Ölkədə 12 nazirlik olmalıdır…” – [color=red]Məşhur YAP-çı islahatın vacibliyini önə çəkdi

“Əvvəldən demişdim və indi də deyirəm ki, ölkədə 12 nazirlik olmalıdır. Əlavə nazirliklərə, komitələrə, nəzarət edən qurumlara gərək yoxdur”.

Bunu məşhur YAP-çı, professor Əli Əlirzayev bildirib.

Ə.Əlirzayev Prezident İlham Əliyevin üç dövlət qurumunun ləğv edilərək, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı Fərmanını doğru addım kimi qiymətləndirib: “Həmin komitələr, nəzarət edən qurumlar mütləq şəkildə birləşməlidir, çünki tabelikdə olan bir sıra komitələr, müəssisələr eyni funksiyanı, vəzifəni yerinə yetirir. Həmin komitələr də ya bir-birlərini başa düşmədiklərindən, ya da hərəsinin öz marağı olduğundan həmişə bir-birilərini inkar ediblər. Ona görə də son nəticədə işin nəticəsi heç zaman effektli alınmayıb. O üzdən də bu qurumların birləşməsi vacibdir və zəruridir. Həmin komitələrin, qurumların ləğvi, birləşdirilməsi və ya azaldılması indiki halda yoxlamaların azaldılması baxımından da düzgündür. Qiymətli kağızlar bazarı Azərbaycanda sıfır vəziyyətindədir, belə vəziyyətdə bu komitələrin qalması nəyə lazımdır axı?

Sanki orkestr var, ancaq orkestrin yerləşməsi üçün bina yoxdur. Qiymətli kağızlar bazarını təmin etmək üçün əlavə tədbirlər görmək lazımdır və ondan sonra onun komitəsini yaratmaq olar”.

Professor daha sonra qeyd edib ki, xərc strukturuna qənaət etmək lazımdır: “Ölkədə xərc strukturu var, indi də ölkədə maliyyə böhranı yaranıb, pulun miqdarı azalıb, valyuta ehtiyatları azalıb. Onun yerini doldurmaq, daha doğrusu, birinci növbədə qarşısını almaq üçün ölkədə olan pulları, vəsaitləri düzgün istiqamətdə xərcləmək lazımdır. Xərc struktunun biri ondan ibarətdir ki, bürokratik aparat böyüyür və xərci çoxalır, qazanılan pullar, yeni iş yerlərinin açılması üçün kapitallar bunun xərcinə gedir. Onlar da istehlak xərcləridir, heç vaxt investisiya gətirmir, kapital, vəsait artırmır”(Moderator.az).

Xatırladaq ki, ölkə rəhbərinin Fərmanına əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Və həmin komitələrin səlahiyyətlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.