Gürcüstanda 3,8 trilyon kubmetrlik qaz yatağı aşkarlanıb. "APA-Economics" xəbər verib ki, Şərqi Gürcüstan ərazisində yerləşən yatağı ABŞ-ın "Frontera Resources" şirkəti aşkarlayıb.
Bildirilir ki, şirkət qarşıdan gələn 5 il ərzində yataqdan hasil olunan qazı Türkiyə və Avropa ölkələrinə ixrac etmək niyyətindədir.
Buna münasibət bildirən Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili deyib ki, nazirlik şirkətdən rəsmi təsdiq gözləyir: "Artıq 3 ildir ki, ABŞ şirkəti buna bənzər bəyanatlar verir. Əvvəl bildirirdi ki, yatağın ehtiyatları 43 milyard kubmetrdir, sonra bu rəqəm 1 trilyona çatdı, indi də deyirlər ki, 3,8 trilyon kubmetr qaz ehtiyatlarına malik yataq aşkarlamışıq. Biz bununla bağlı rəsmi təsdiq gözləyirik".