XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 14:51

Prezident “Polis haqqında” Qanuna edilən dəyişikliyi imzalayıb – [color=red] SƏRƏNCAM

ilham serencam.jpg

Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin imzaladığı “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Milli Məclisin bununla bağlı Qanuna etdiyi dəyişikiyə əsasən 15-1-ci maddəsinin 1-ci bəndində və 19-1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilib.

Qanunun 15-1 maddəsi yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələrini müəyyən edir. Dəyişiklik 3 bəndə edilib.

“İnzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzürlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə öz səlahiyyətləri daxilində baxmaq hüququ verir.

Əvvəlki variantda “üzürlü səbəblər olmadan” sözü yox idi.

Qanunun 19-1 maddəsi isə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının hüquqlarını müəyyən edir. Yeni dəyişikilyə əsasən yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzürlü səbəb olmadan yerinə yetirməyən yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar etmək, onlar barəsində öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək hüququ verilir.

3-cü bənddə də hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzürlü səbəb olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, habelə müvafiq təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verməyi nəzərdə tutur. 

Prezident  digər sərəncamı isə "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli Qanununun tətbiqi haqqında olub.

Sərəncamda deyilir ki Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.