XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 17:13

Avropa Yenidənqurma və İnkişaf Bankı [color=red]981 milyon dollarlıq yardım ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı Suriya münaqişəsi ilə bağlı yaranmış miqrasiya böhranını yoluna qoymaq üçün 981 milyon dollar ayırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bankın prezidenti Sumu Çakrabarti məlumat verib: 

«Hələlik bu vəsait qaçqınları qəbul edən ölkələr – Türkiyə və İordaniya üçün nəzərdə tutulub. Suriya münaqişəsinin təsir etdiyi digər ölkələrə də yardım ayrılması istisna olunmur". 

Çakrabarti onu bildirib ki, bank ötən il Türkiyəyə 1,9 milyard ayırıb.

Qeyd edək ki, Ankara Suriyadan gələn 2 milyon qaçqına sığınacaq verib.