XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

19 Oktyabr 2019 - 12:23

Nazir Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi- Əmr

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovniki Mehdi Təhməzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmrinə əsasən, onun yerinə polkovnik-leytenant Əli Abdullayev təyinat alıb.

Ə.Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur (oxu.az).