XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

20 Oktyabr 2019 - 13:00

“Müayinə kabinetlərini öz ayağı ilə gəzərək, keçib” –DİN-in Hospitalı Əli Kərimlinin səhhəti ilə bağlı açıqlama yaydı + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb: “19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib. Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal  kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılıb və müayinə protokolları ona təqdim olunub”.

İsbi Babaxanov AXCP sədrinin vəziyyətinin ağır olması səbəbindən hospitala xərəkdə gətirildiyi iddalarını da təkzib edib: “O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək, keçib”.

Report