XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

20 Oktyabr 2019 - 18:00

Bakıda bir qrup feminist qadın zorakılığına qarşı aksiya keçirib –FOTO

Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.

Aksiya iştirakçıları qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib. /APA