XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2019 - 11:47

“Azərbaycan məhsullarını xarici bazara çıxarmaqla elektron ticarəti təşviq etmək istəyirik” –Nazir

“Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14% paya malikdir”.

Bunu 2-ci “Bakı Elektron Ticarət Forumu”nda (BEF-2019) nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

“Texnoloji yeniliklər elektron ticarətdə yeni imkanlar açır. Qarşıdakı bir neçə ildə dünyada elektrin ticarətin sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır. Ölkəmizdə də elektron ticarətin inkişafı üçün lazımi şərait mövcuddur. Hazırda Azərbaycandakı internet istifadəçiləri daha çox xarici elektron ticarət platformalarından istifadə edirlər. Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızı xarici bazarlarına çıxarmaqla elektron ticarəti təşviq etməkdir”, – deyə o, qeyd edib. (Report)