XƏBƏR LENTİ

21 Noyabr 2019
20 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 13:17

“35 saata terrorçular geri çəkilməsələr, hərəkat yenidən başlayacaq” –Çavuşoğlu

“ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər”.

Bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN başçısı sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirib.

“Hazırda YPG/PYD terrorçularının nəzarət etdiyimiz bölgələri tərk etməyə başladığını görürük. 35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, “Barış bulağı” hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də çox mühüm əhəmiyyətə malikdir”, – deyə M. Çavuşoğlu qeyd edib.

APA