XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 13:29

“Azərenerji”nin stansiyalarının özəlləşdirilməsinə hazırlıq gedir

Azərbaycan hökuməti “Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır.

Bu barədə qurumdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla bağlı hökumətlə “Azərenerji” arasındakı danışıqlar yekunlaşmaq üzrədir.

“Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyaların özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik”, – deyə mənbə qeyd edib. (Report)