Prezident İlham Əliyev və xanımı Gül Bayramına gəlib –FOTO
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə paytaxtda Gül bayramı keçirilir.
Strateq.az bildirir ki, Heydər Əliyev Sarayının qarşısındakı parkda bununla bağlı ənənəvi bayram şənliyi təşkil edilib, müxtəlif çiçəklərdən gül xalıları yığılıb.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri gül bayramında iştirak edirlər.