XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 10:34

“Düzdür, nöqsanlar var və biz bunu bilirik” – [color=red]Zeynal Nağdəliyev

“Azərbaycanda prezident İlham Əliyevin həyata keçirdiyi siyasət özünə məxsusluğu ilə seçilir. Dövlət başçısı dəfələrlə deyib ki, hakimiyyətlə xalq arasında sıx birlik yaranmalıdır. Bu, əslində belədir, xalq hakimiyyətlə bir yerdədir”.

Strateq.az report.az-a istinadən bildirir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, dövlət başçısının yürütdüyü siyasət nəticəsini verməkdədir: 

Prezidentin dediyi kimi, məmurlar xalqın problemləri ilə maraqlanmalı, onları həll etməlidir. Bu səbəbdən hökumət nümayəndələri bölgələrdə görüşlər keçirir, vətəndaşların irad və təkliflərini dinləyirlər”.

Z.Nağdəliyev qeyd edib ki, Azərbaycan nailiyyətlər əldə edib, hazırda da bu, davam etməkdədir: 

“Düzdür, nöqsanlar var və biz bunu bilirik. Ona görə də problemlərin aradan qaldırılması istiqamətində işlər aparırıq”.