XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 10:48

“Belə bir oyunu bir dəfə 15 il əvvəl ediblər” – [color=red]Gürcüstanda qaz tapılması xəbəri təkzib edildi

"Gürcüstanda Küveytdən çox qaz tapdığını deyən şirkətin məqsədi hökuməti hansısa formada yalanın içərisinə çəkib, bu informasiyanı təsdiqlədib, sonradan pul toplanılmasını davam etdirmək üçün yeni raundu başlatmaqdır".

Bunu gürcü mətbuatına açıqlamasında Gürcüstan Milli Bankının keçmiş rəhbəri Roman Qoçiridze söyləyib. Onun sözlərinə görə, Gürcüstanda Küveytdə olduğu qədər qaz ehtiyatı yoxdur: 

“Belə bir oyunu bir dəfə 15 il əvvəl ediblər. O zaman Eduard Şevardnadzeni “Taribani” yatağına gətirdilər ki, guya burada neft tapılıb. Bu foto bütün dünyada məşhurlaşdı və çoxları bu işin davam etdirilməsinə pul qoydu. Haradadır neft? Haradadır qaz? Heç yerdə. Hələlik İqtisadiyyat Nazirliyinin neft tapılmasına aid şərhlərlə bağlı heç bir açıqlaması yoxdur ki, onu yayıb səhmdarları aldatsınlar. Lakin bir sıra televiziyaların süjetlərini indi yəqin haradasa istifadə edirlər”. axar.az

Qeyd edək ki, dünən ABŞ-ın “Frontera Resos” şirkəti Gürcüstanda 5 trilyon kub metr qaz yatağının olduğu haqqında informasiya yayıb. Şirkətin iddiasına görə, qaz yatağı Şərqi Gürcüstanda tapılıb və buradan çıxan qazı 5 ildən sonra ixrac etmək mümkün olacaq.