XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2019 - 16:35

Prezident Sumqayıtla bağlı sərəncam verdi –3.5 milyon ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.