XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 08:51

Tramp Türkiyəni hədələdi:"Rüsumlar, sanksiyalar tətbiq edəcəyik"

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: “Əgər Türkiyə lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bu, baş verəcək, amma bizim heç kəsin bilmədiyi qüvvəmiz var – bu, sanskiyalardır, bu, rüsumlardır. Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik”.

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: “Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik”.