XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 12:18

Ərdoğan səlahiyyətlərini vitse-prezidentə təhvil verdi- Səbəb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır və türkiyəli liderin bu gün Moskvaya uçacağı qeyd edilir.

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 7-8 oktyabr tarixlərində Serbiyaya səfər edərkən səlahiyyətlərini təhvil vermişdi.