XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 12:56

Ərdoğan: [color=red]”Danışıqları Rusiya pozur”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Suriya danışıqlarını pozmaqda ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın Suriyada hərbi əməliyyatları davam etdirdiyi müddətdə sülh danışıqlarının baş tutmayacağını deyib: «Rusiya Suriyada insanları öldürməyə davam edir. Bu halda hansı sülh danışıqlarından söhbət gedə bilər?!». 

Ərdoğan bildirib ki, Suriya müxalifətinin danışıqlar üçün əsas şərti bu ölkədə Rusiya qırıcılarının bombardmanına son verilməsidir. 

Türkiyə prezidenti hesab edir ki, Cenevrədə əsas məsələni kənara qoyub, bağlı qapılar arxasında başqa mövzuları müzakirə edirlər.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada sülh danışıqlarına fasilə verildiyini və növbəti toplantının fevralın 28-nə təyin olunduğunu açıqlayıb.