XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 15:55

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi:"Xəbər məni dərindən kədərləndirdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Strateq.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.