XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 14:37

AMEA-da islahat – [color=red]İki institut birləşdirildi, yeni direktor təyinatı oldu

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib. Qeyd olunub ki, 2015-ci ildə bölmələrin fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları, dövlət proqramları, Nazirlər Kabinetinin sərəncamları, AMEA Rəyasət Heyətinin qərarları əsas götürülüb.

İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.

İlk olaraq AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında məlumat verib.

Akademik bildirib ki, AMEA-nın institut və təşkilatlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərin bu layihəyə fəal şəkildə qoşulmasının təmin edilməsi məqsədilə Rəyasət Heyəti 2014-cü ilin yanvarın 15-də qərar qəbul edib.

Akademik-katib qeyd edib ki, bu qərarı rəhbər tutaraq Viki-Mərkəz vətəndaşlar arasında “Vikipediya”nın populyarlaşdırılması və orada AMEA əməkdaşlarının Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün mühüm işlər görür. Mərkəz həmçinin ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Erroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.

Strateq.az