XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 23:34

“Biz Türkiyə ilə savaşa hazırlaşmırıq” –Pentaqon rəhbəri Pompeonu yalanladı

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.

Bu barədə o, CNN telekanalına müsahibəsində bildirib

“Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə savaşa hazırlaşmırıq”, – deyə Pentqaon rəhbəri bəyan edib.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda, Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton “dünyada sülh”ə üstünlük verir.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına qarşı “Barış pınarı” antiterror əməliyyatına başlayıb/Report.