XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 15:29

Rövnəq Abdullayevlə gürcü nazir razılığa gəldi – [color=red]SOCAR-da görüş

Bu gün Gürcüstan Baş nazirinin müavini və Energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olublar.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə edilib:

"Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər".