XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 10:50

“Azərbaycan Qarabağ münaqişəsindən uzun illərdir, əziyyət çəkir” –Elmar Məmmədyarov

“Bu il Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür”. 

Bunu bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin hazırlıq görüşündə çıxış edən Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, sədrliyi dövründə Azərbaycan qurumun dəstəklədiyi prinsipləri təbliğ edəcək. E. Məmmədyarov əlavə edib ki, Qoşulmama Hərəkatı yarandığı gündən bəri sülh və təhlükəsizliyin təminatında fundamental rol oynayıb. Hazırkı beynəlxalq geosiyasi situasiyada qurumun qarşısında vacib vəzifələr var.

Nazir Dağlıq Qarabağ münaqişəsinə toxunub. O bildirib ki bu münaqişə regional və beynəlxalq təhlükəsizliyə təhdiddir: “Azərbaycan bu konfliktdən uzun illərdir, əziyyət çəkir”.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. /APA




Yuxarı Əvvələ Ana Səhifə