XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 11:18

“Azərbaycanda taxılçılıq sahəsində özünütəminat səviyyəsi 74 faizə çatıb” –Nazir müavini

Bu il oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycanda taxıl istehsalı artaraq 3,4 mln ton olub, buğda istehsalı isə 2,2 mln tona çatıb.

Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.

O vurğulayıb ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 mln ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 mln ton olub: “Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faizə çatıb”. (Report)