“Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla bərabər, kadr islahatları da həyata keçirilir”.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, islahatlar vaxtı çatmış məsələlərin həll edilməsi üçün aparılır: “Prezident İlham Əliyev bu günlərdə bildirdi ki, islahatlar daha da dərinləşəcək, o cümlədən daha gənc kadrların dövlət idarəçiliyinə gətirilməsi istiqamətində addımlar atılacaq. Bununla əlaqədar olaraq vəzifədə olan, Azərbaycan qarşısında, dövlət quruculuğunda və sosial-iqtisadi sahədə xidmətləri olan bəzi şəxslər müəyyən yaş həddinə çatdıqları üçün özləri müraciət edirlər, cənab Prezident də onların istefalarını qəbul edir. Bu bir prosesdir”. /APA