XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Oktyabr 2019 - 13:35

Gələn il parlament seçkilərinə nə qədər vəsait ayrılacaq? –Milli Məclis qərar qəbul etdi

parlament-5.jpg

Azərbaycanda gələn il Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. /APA