XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 05:30

Suriya üçün rekord məbləğ toplandı[color=red] – 9 milyard avro

Londonda keçirilən beynəlxalq konfransda Suriyaya yardım üçün rekord məbləğ toplanıb – 9 milyard avro.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya baş naziri Devid Kameron məlumat verib.

Baş nazir bildirib ki, ilk dəfədir ki, cəmi bir günə humanitar yardım üçün bu qədər böyük vəsait toplanır.
Bu məbləğin 5,5 milyardı bu il, qalanı isə 2020-ci ilədək ayrılacaq. Məsələn, Almaniya 2018-ci ilə qədər 2,3 milyard avroluq yardıma söz verib.

Kameron deyib ki, yardım kampaniyasının məqsədi suriyalı qaçqınların Avropa Birliyinə axınını önləməkdir:

«Suriyada siyasi dəyişikliklər olmalıdır. Suriyalılara demək istəyirik ki, sizinləyik və lazım olduğu qədər də dəstək verəcəyik».