Rusiya Xarici İşlər Nazirliyi (XİN) kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən geri çəkilməyə başladığını açıqlayıb.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.
“Soçidə Rusiya və Türkiyə arasında əldə olunan razılığa əsasən, kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən çıxarılması həyata keçirilir. Soçidə əldə olunan razılaşma və memorandumun icrasının həyata keçirildiyini qeyd etməkdən məmnunuq”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb. /APA