XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 15:01

Əli Əhmədov Kuba prezidentini belə qarşıladı –FOTO

Kubanın Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.

Strateq.az Azərtac-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.