XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 06:46

ABŞ Rusiyanı ittiham etdi: [color=red]”Moskva prosesə zərər vurur”

ABŞ hökuməti Suriya münaqişəsinə dair Cenevrədə keçirilən danışıqların dondurulmasına görə rəsmi Moskva və Dəməşqi ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, Rusiyanın hərəkətlərində strateji baxımdan ziddiyyətlər var:

«Moskvanın hərbi fəaliyyəti siyasi prosesə zərər vurur. Rusiyanın hərbi əməliyyatları uğurlu olduqca, Əsəd rejiminə verilən dəstək bir o qədər artır. Bu da Əsədin konstruktiv siyasi dialoqa cəlb edilməsi imkanlarını məhdudlaşdırır».

Xatırladaq ki, BMT-nin Suriya münaqişəsi üzrə xüsusi məruzəçisi Staffan de Mistura danışıqların fevralın 25-nə qədər dondurulduğu barədə qərar verildiyini açıqlayıb.

Mistura bildirib ki, danışıqların dayandırılması onların iflasa uğraması anlamına gəlməməlidir. Lakin konfransı təşkil edən tərəflər arasında irəliləyişə nail olmaq üçün açıq sualların müzakirəsi üçün görüşlər keçirilməlidir.

Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S.Mistura danışıqlar naminə danışıqlar aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu deyib.