XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 21:13

Prezident KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədrini qəbul edib –FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni qəbul edib.

Strateq.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Görüşdə Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirilib, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulanıb. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edilib.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş edib.