XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 19:09

YPG/PYD terror qruplaşması Türkiyə hərbçilərinə hücum etdi –Yaralılar var

YPG/PYD terror qruplaşması “Barış Pınarı” əməliyyatı ərazisinə daxil olan Rasulaynda  Türkiyə hərbçilərinə hücum edib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dron və minaatanlarla təşkil olunan hücum nəticəsində 5  türk hərbçisi yaralanıb. 

Türkiyə Milli Müdafiə Nazirliyi faktı təsdiq edib.

Nazirlik bildirib ki, hücuma müvafiq cavab verilib.

Nazirlik qarşı tərəfin itkiləri haqda isə açıqlama verməyib.