XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 14:53

“Qoşulmama Hərəkatı BMT-nin sülhməramlı əməliyyatlarını fəal şəkildə dəstəkləyir” –Baş katibin müavini

“Qoşulmama Hərəkatı BMT-nin sülhməramlı əməliyyatlarını fəal şəkildə dəstəkləyir”.

Bunu BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo Qoşulmama Hərəkatı ölkələrinin Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

“Qoşulmama Hərəkatı BMT-nin işinə böyük töhfə verib. Hərəkat üzvləri BMT-nin üçdə ikisini təşkil edir. Ölkələrin əksəriyyəti BMT əməliyyatlarında sülhməramlılarla təmsil olunur”, – R.DiKarlo bildirib.

O vurğulayıb ki, bu gün bir çox ölkələr qloballaşmaya inamlarını itirirlər və bu, onları proseslərdən kənar qoyur.

“Qlobal terror təhlükəsi ilə əlaqəli münaqişələrin artdığını görürük. Bu gün dünyada çoxyönlülüyə şübhə ilə yanaşırlar, sərhədlər bağlanır, dövlətlər əlaqələri kəsir”, – Baş katibin müavini söyləyib.

Onun sözlərinə görə, dünya birliyinin çağırışa cavabları kifayət qədər parçalanmış haldadır, buna görə də dünya ölkələri bu çağırışlara birgə cavab verməlidir.

O, BMT-nin tərəqqi əldə etmək üçün təşkilatlar və dövlətlərlə, o cümlədən Nüvə Silahlarının Yayılmaması Sazişi baxımından işini davam etdirəcəyini qeyd edib.

“Ölkənin inkişafı cəmiyyətin sabitliyi və münaqişələrin qarşısının alınması üçün də vacibdir”, – o vurğulayıb. (Report)