XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 19:18

Rusiya XİN başçısının müavini:"Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırıq"

“Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik rolunu layiqincə yerinə yetirəcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə deyib.

“Azərbaycanı balanslı siyasət həyata keçirən etibarlı tərəfdaş kimi tanıyırıq”, – nazir müavini bildirib.

O, münaqişələrin həllində Qoşulmama Hərəkatının xüsusi rolunu vurğulayaraq Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyini önə çəkib: “Onun tənzimlənməsi bütün Yaxın Şərqdəki vəziyyətin yaxşılaşdırılması üçün son dərəcə vacibdir. Nizamlama prosesinin inhisarlaşması ilə heç nəyə nail olunmayacaq”. (Report)