XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 22:19

Azərbaycan Avro-5 standartına cavab verən dizel və benzin istehsal edəcək –SOCAR

Azərbaycanda yanacağa tələbatın böyük hissəsini təmin edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernləşdirmə və rekonstruksiya layihəsinin ikinci və üçüncü mərhələləri davam edir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirirb ki, modernləşdirmə layihəsi çərçivəsində zavodda Avro-5 standartına cavab verən dizel və benzin yanacağı istehsal olunacaq. İstehsal prosesi müvafiq olaraq 2021 və 2022-ci ildə başlayacaq. 2024-2025-ci illərdə isə neft məhsulları istehsalının 7,5 milyon tonadək çatdırılması planlaşdılır.

İ.Əhmədov onu da bildirib ki, təmir müddətində 120 min tonadək Aİ-92 markalı benzinin idxalı planlaşdırılır.