XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 11:23

Abid Şərifovun rəhbərlik etdiyi komissiyanıın heyətində dəyişiklik – [color=red]Nazirlər Kabineti qərar verdi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası haqqında" qərarında dəyişikliklər edib.

Strateq.az apa.az-a istinadən bildirir ki, dəyişiklik Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri ilə əlaqədardır.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə  və Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri sırasına daxil edilib, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxışov və  Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov  Komissiyanın üzvlüyündən çıxarılıblar. 

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının sədri baş nazirin müavini Abid Şərifovdur.